“Miss Russia 2022” zorakılıq cəhdi ilə üzləşdiyini açıqladı

“Miss Russia 2022” zorakılıq cəhdi ilə üzləşdiyini açıqladı
30 dekabr 2025
# 11:07

“Miss Russia 2022” titulunun sahibi Anna Linnikova Balidə zorakılıq təhlükəsi ilə üzləşdiyini bildirib.

Kulis.az xəbər verir ki, modelin sözlərinə görə, naməlum bir şəxs onu villada saxlayaraq mobil telefonunu əlindən alıb və cinsi zorakılıq etməyə cəhd göstərib.

Anna Linnikova yaşananlara baxmayaraq, qurtulmağı bacardığını deyib. Hadisədən sonra o, dərhal polisə müraciət edib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər