Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb

Milyonlara stimul verən fenomen vəfat etdi – Səbəb
7 avqust 2026
# 15:30

Nadir xərçəng növü ilə mübarizəsini sosial şəbəkələrdə paylaşaraq milyonlarla insana ilham verən "TikTok" fenomeni Sidni Toul 26 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, onun ölüm xəbərini ailəsi sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıb.

Gənc fenomenə 23 yaşında olarkən öd yollarının nadir və aqressiv xərçəng növü sayılan 4-cü dərəcəli kolangiokarsinoma diaqnozu təyin olunmuşdu.

Son üç ildə xəstəliklə mübarizəsini, kimyaterapiya seanslarını və gündəlik həyatını sosial mediada bölüşən Sidni "TikTok" və "Instagram" platformalarında böyük izləyici auditoriyası toplayıb.

Qeyd edək ki, Sidni Toul xəstəliyinə baxmayaraq xərçənglə mübarizə aparan insanlara dəstək məqsədilə keçirilən tədbirlərdə fəal iştirak edir, modellik edir və maarifləndirmə işləri aparırdı.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər