Milli İncəsənət Muzeyi yeni layihəyə başlayıb

Milli İncəsənət Muzeyi yeni layihəyə başlayıb
16 fevral 2024
# 09:30

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr edilmiş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert təqdim olunub.

Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib.

Qeyd edək ki, konsert “PAŞA Holdinq”in dəstəyi ilə keçirilib.

# 337 dəfə oxunub

Müəllifin son yazıları

# # #