Məşhur yazıçı saxlanıldı

Məşhur yazıçı saxlanıldı
14 yanvar 2026
# 10:20

Avstraliyada tanınmış yazıçı Kreyq Silvi uşaq pornoqrafiyası materiallarını saxlamaq və paylaşmaq ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, 43 yaşlı müəllif yanvarın 12-də evində keçirilən polis əməliyyatı zamanı nəzarətə götürülüb.

İstintaq orqanları Silvinin uşaq istismarı cinayətləri ilə əlaqəli şəxslərlə internet üzərindən əlaqə saxladığını ehtimal edir. Axtarış zamanı onun bütün elektron avadanlıqları götürülüb.

Məhkəmədə prokurorlar bildirib ki, 2026-cı ilin yanvar ayı ərzində aparılan onlayn yazışmalarda yazıçı uşaqlara qarşı cinsi marağını açıq şəkildə ifadə edib və qısa müddət ərzində uşaq istismarı məzmunlu materiallar paylaşıb.

Eyni zamanda qeyd olunub ki, Silvi istintaqa mane olmaq məqsədilə mobil telefon, noutbuk və digər rəqəmsal cihazlarının şifrələrini polisə verməkdən imtina edib.

Məhkəmənin qərarına əsasən, Kreyq Silvi girov qarşılığında şərti azadlığa buraxılıb, lakin onun barəsində ciddi məhdudiyyətlər tətbiq edilib.

Hadisə geniş rezonans doğurub. Qərbi Avstraliya ştatının təhsil naziri Sabina Uinton yazıçının əsərlərinin məktəb proqramlarından dərhal çıxarılması ilə bağlı göstəriş verib.

# 129 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər