Məşhur yazıçı kolleksiyasını kitab mağazasına bağışladı

Məşhur yazıçı kolleksiyasını kitab mağazasına bağışladı
22 iyul 2025
# 12:30

Məşhur avstraliyalı musiqiçi və yazıçı Nik Keyv kitab kolleksiyasından 2 min nüsxəni İngiltərənin Hova şəhərində yerləşən "Oksfam" xeyriyyə kitab mağazasına bağışlayıb.

Kulis.az xəbər verir ki, bu addım musiqiçinin pərəstişkarları arasında böyük rezonans doğurub.

İnsanlar təkcə şəhərdən deyil, ətraf bölgələrdən də Hovaya axışaraq kitabları əldə etməyə çalışırlar.

Kitabların içində onun şəxsi qeydləri, təyyarə biletləri, açıqcalar və müxtəlif maraqlı əşyalar var.

Qeyd edək ki, Keyv ailəsi ilə uzun illər Braytonda yaşayıb. 2015-ci ildə oğlu Arturun ölümündən sonra Los-Ancelesə köçüb.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #