Portuqaliyanın Lissabon şəhərinin tarixi "Teatro Nacional D. Maria II" teatrı təxminən dörd illik əsaslı təmirdən sonra Vilyam Şekspirin "lənətli" hesab olunan "Makbet" faciəsi ilə fəaliyyətini bərpa edib.
Kulis.az xəbər verir ki, əsər 1964-cü ildə teatr binasını külə çevirən dəhşətli yanğın zamanı səhnədə oynanılan son tamaşa olub.
Teatrın bədii rəhbəri və quruluşçu rejissoru Pedro Penim batil inanclara meydan oxuyaraq səhnədə real alovdan istifadə edib.
Baş rolları Xose Raposo və Barbara Branko ifa edirlər.
Qeyd edək ki, teatrın 180 illik yubileyinə təsadüf edən və biletləri artıq tükənən tamaşa oktyabrın 31-dək nümayiş olunacaq.
Məşhur teatr “Makbet” ilə fəaliyyətini bərpa etdi