Məşhur "Suliko" mahnısına qeyri-maddi mədəni irs statusu verildi

Məşhur "Suliko" mahnısına qeyri-maddi mədəni irs  statusu verildi
14 iyul 2025
# 12:36

Məşhur "Suliko" mahnısının ifa olunması ənənəsinə qeyri-maddi mədəni irs statusu verilib.

Kulis.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Mədəni İrsin Mühafizəsi Agentliyi məlumat yayıb.

Bu mahnı, 1895-ci ildə tanınmış gürcü şairi və ictimai xadimi Akaki Tsereteli "Kvali" ("İz") jurnalında eyni adlı şeirini dərc etdirdikdən sonra yazılıb. Şair musiqi bəstələmək üçün bəstəkar Varenka Tsereteliyə müraciət edib. Mahnı dərhal populyarlıq qazanıb və ölkəsinin "ən vacib vizit kartı"na çevrilib.

Qeyd edək ki, "Suliko" bir çox dillərə tərcümə edilib.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

# # #