Məşhur sənədli film fotoqrafı vəfat etdi

Məşhur sənədli film fotoqrafı vəfat etdi
24 may 2025
# 10:15

Dünyanın ən məşhur sənədli film fotoqraflarından biri Sebastyan Salqadu 81 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun təsis etdiyi “Instituto Terra” fondu məlumat yayıb.

Salqadu leykozdan əziyyət çəkirdi. Fotoqraf 2010-cu ildə İndoneziyada öz layihəsi üzərində işləyərkən yoluxucu xəstəliyə tutulub. O, ömrünün son illərində Parisdə yaşayıb.

Salqadunun işi ətraf mühit, humanitar və ekoloji böhranlara yönəlib. Onun imza üslubu ağ-qara fotoqrafiya idi. Fotoqrafın məşhur əsərləri arasında Braziliyanın Serra Pelada kəndində qızıl qalıqları ilə bağlı fotoşəkillər silsiləsi var.

Qeyd edək ki, alman rejissoru Vim Vendres “Oskar”a namizəd olan Salqadu haqqında “Yerin duzu” (2014) adlı sənədli film çəkib.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #