Məşhur reperdən Hollivuddakı tətillərə dəstək

Məşhur reperdən Hollivuddakı tətillərə dəstək
26 iyul 2023
# 12:42

Reper Snoop Dogg Hollivuddakı tətillərə dəstək olmaq üçün konsertlərini ləğv edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, reperin konsertləri oktyabrın 21-nə planlaşdırılsa da, ləğv edilib.

Snoop Dogg bununla bağlı instaqramda pərəstişkarlarına müraciət edib.

“Təəssüflə bildiririk ki, aktyorların və yazıçıların davam edən tətillərinə görə, Hollywood Bowl-da bütün şouları ləğv etmək qərarına gəldik. Biz bu çətin dövrdə WGA və SAG-AFTRA-dakı bütün qardaş və bacılarımızın yanındayıq. Və hələ də ümid edirik ki, tezliklə razılıq əldə olunacaq və hamımız işə qayıdacağıq".

# 513 dəfə oxunub

Müəllifin son yazıları

# # #