Məşhur rep qrupunun Macarıstana girişi qadağan edildi

Məşhur rep qrupunun Macarıstana girişi qadağan edildi
25 iyul 2025
# 13:00

Macarıstan hakimiyyəti antisemit nifrətli çıxışlar, HƏMAS və Hizbullahı tərifləyən bəyanatları əsas gətirərək İrlandiyanın "Kneecap" rep qrupunun ölkəyə girişini və hər il təşkil olunan Sziget Musiqi Festivalında iştirakını qadağan edib.

Kulis.az xəbər verir ki, hökumət nümayəndəsi Zoltan Kovaks "X" platformasındakı paylaşımında immiqrasiya orqanları qrup üzvlərinə üç il ərzində Macarıstana girişi qadağan edən rəsmi qərar qəbul edib və onların mövcudluğunun “milli təhlükəsizliyə ciddi təhlükə” yaratdığını bildirib.

Qeyd edək ki, Macarıstan hökuməti bundan öncə festival təşkilatçılarından həmin qrupun tədbirdən çıxarılmasını xahiş etmişdi.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

# # #