Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi
1 oktyabr 2026
# 16:30

“Oskar”lı rejissor Denni Boyl kino sənətinə verdiyi töhfələrə görə 36-cı "Gotham" Film Mükafatları mərasimində "Şərəf Mükafatı"na layiq görülüb.

Kulis.az xəbər verir ki, Venesiya Film Festivalında təqdim olunan yeni filmi "Ink" ilə diqqət mərkəzində olan 69 yaşlı britaniyalı rejissor noyabrın 30-da Nyu-Yorkda təşkil ediləcək mərasimdə təltif olunacaq.

Qeyd edək ki, Rupert Merdokun "The Sun" qəzetini alması ilə başlayan bulvar mətbuatı dövründən bəhs edən və baş rollarında Cek O'Konnell, Qay Pirs və Kler Foyun yer aldığı "Ink" filmi 11 dekabrda kinoteatrlarda, 8 yanvar 2027-ci ildə isə "Netflix" platformasında yayımlanacaq.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər