Məşhur musiqiçi dünyasını dəyişdi

Məşhur musiqiçi dünyasını dəyişdi
29 iyul 2025
# 13:00

Amerikalı musiqiçi və satirik Tom Lehrer 97 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, nun ölüm xəbərini "The New York Times"a yaxın dostu Devid Herder təsdiqləyib.

Harvard Universitetində təhsil almış riyaziyyatçı Lehrer 1950–60-cı illərdə qara yumorla dolu, çox zaman siyasi məzmun daşıyan mahnıları ilə məşhurlaşıb.

Qeyd edək ki, o, 1972–2001-ci illər ərzində Kaliforniya Universitetində riyaziyyat və musiqili teatr dərsləri də tədris edib.

# 255 dəfə oxunub

Müəllifin son yazıları

# # #