Məşhur musiqi qrupları "Dark Sun Metal Festival"ında

Məşhur musiqi qrupları  "Dark Sun Metal Festival"ında
4 avqust 2025
# 14:20

Dünyaca məşhur qruplar "Sepultura" və "Epica" İstanbulun “KüçükÇiftlik Park” konsert məkanında keçirilən "Dark Sun Metal Festival"ı çərçivəsində azarkeşlərlə görüşüblər.

Kulis.az xəbər verir ki, festivalın açılışını yerli metal qrupu "Helak", ardından isə yerli pank səhnəsinin tanınmış kollektivlərindən olan "Radical Noise" reallaşdırıb.

40 illik yubileyini qeyd edən və vida konsert turunda olan "Sepultura" “Territory”, “Roots Bloody Roots” və “Refuse/Resist” kimi sevilən mahnılarını ifa edib.

Konsertdə rok əfsanəsi Ozzi Osbornun xatirəsi də yad edilib.

Qeyd edək ki, festival çərçivəsində yerli simfonik metal qrupu "Knight Errant", eləcə də Danimarkalı musiqi layihəsi "Myrkur" da səhnəyə çıxıb.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər