Məşhur müğənninin yanmış cəsədi tapıldı

Məşhur müğənninin yanmış cəsədi tapıldı
2 may 2025
# 12:36

Amerikalı müğənni və bəstəkar Cil Sobule 66 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, o, Minnesota ştatındakı evində baş verən yanğın zamanı dünyasını dəyişib.

İfaçının cəsədi evində yanmış vəziyyətdə tapılıb. Hazırda yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, Cil 1990-cı ildə çıxan "Things here are different" adlı ilk albomu ilə musiqi dünyasına addım atıb. O, "I kissed a girl" adlı sinqlı ilə böyük səs-küy yaratdı. Musiqisindən sosial problemləri qaldırmaq üçün bir platforma kimi istifadə edən Cil Sobule, karyerası boyu ölüm cəzası, anoreksiya nervoza və reproduktiv hüquqlar kimi mövzularda məlumatlılığı artırmaq üçün çalışıb.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #