Məşhur müğənni serialının yayım tarixini açıqladı

Məşhur müğənni serialının yayım tarixini açıqladı
14 oktyabr 2025
# 10:21

Amerikalı müğənni Teylor Svift öz yaradıcılığına həsr olunmuş "Bir dövrün sonu” sənədli serialını təqdim etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat yayıb.

Layihənin ilk iki bölümü 12 dekabrda "Disney+" platformasında yayımlanacaq. Daha sonra hər iki həftədən bir növbəti iki bölümü platformada izləmək mümkün olacaq.

Sənədli serialda səhnəarxası görüntülər, tur iştirakçıları, ailə üzvləri və yaxın dostları ilə müsahibələr də olacaq.

Qeyd edək ki, 6 seriyadan ibarət sənədli serialda həmçinin Ed Şiran və Florens Uelç kimi ulduzlar da iştirak edəcək.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər