Türkiyəli müğənni Yavuz Bingöl səhhətində yaranan problem səbəbindən konsertini ləğv edib.
Kulis.az xəbər verir ki, bu barədə o, sosial media hesabından məlumat yayıb.
O, Malatyada keçirilməsi planlaşdırılan konsertində iştirak edə bilməyəcəyini açıqlayıb.
Sənətçi səhhəti ilə bağlı başqa açıqlama verməyib.