Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb
4 avqust 2026
# 13:30

Məşhur türk müğənni və bəstəkar Feridun Düzağaç vertiqo xəstəliyi səbəbindən səhnə fəaliyyətinə fasilə verəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, 55 yaşlı sənətçi sosial şəbəkə hesabında paylaşım edərək avqust ayı konsertlərini ləğv etdiyini və ən azı bir mövsüm səhnəyə çıxmayacağını bildirib.

Səhhətində ciddi narahatlığın olmadığını vurğulayan sənətçi bu qərarın həm vertiqo, həm də şəxsi və sənət mühiti ilə bağlı səbəblərdən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, "Dipteyim Sondayım Depresyondayım"və "Alev Alev" kimi hit mahnıların müəllifi olan sənətçinin bu qərarı dinləyiciləri tərəfindən təəssüflə qarşılanıb.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər