Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur
5 avqust 2026
# 18:15

Bir müddət əvvəl qan xərçənginə tutulduğunu öyrənən və müalicəsini Almaniyada davam etdirən məşhur müğənni Canseverə ilik köçürülüb.

Kulis.az xəbər verir ki, Cansevər əməliyyatdan sonra səhhətindəki son vəziyyətlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Hazırda müalicəsi xəstəxanada davam edən müğənni öz fotosunu paylaşaraq təzyiqinin aşağı olduğunu və tez-tez qızdırmasının yüksəldiyini bildirib.

Mütəmadi olaraq sistem və antibiotik müalicəsi aldığını qeyd edən Cansevər danışmaqda və yazmaqda çətinlik çəkdiyini vurğulayıb və izləyicilərindən dualarını əskik etməmələrini xahiş edib.

Onun paylaşımından sonra sənətçinin pərəstişkarlarının yaşadığı məyusluq sosial şəbəkədə marağa səbəb olub.

Qeyd edək ki, Cansevər "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat" kimi məşhur mahnıları ilə yaddaşlarda qalıb.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər