Məşhur aparıcı xərçəng olduğunu açıqladı

Məşhur aparıcı xərçəng olduğunu açıqladı
23 aprel 2026
# 13:53

Türkiyəli tanınmış aparıcı Serap Peközdə xərçəng aşkarlanıb.

Kulis.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında məlumat verib.

Peköz onda süd vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

“10 mart gecəsi sağlam bir qadın kimi yatağıma girdim. 11 martda mənə döş xərçəngi diaqnozu qoyuldu. Saçlarımın tökülməsi bu səyahətin bir hissəsidir. Sarsıldım? Bəli. Bəs təslim oldum? Heç vaxt!” – deyə Serap Peköz bildirib.

Qeyd edək ki, aparıcı bir neçə il əvvəl keçirdiyi estetik əməliyyatlara görə də tənqid olunmuşdu.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər