Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
5 may 2025
# 17:20

Amerikalı aktyor Çarli Skalis vəfat edib.

Kulis.az xəbər verir ki, uzun müddət Alzeymer xəstəliyindən əziyyət çəkən aktyor 84 yaşında dünyasını dəyişib.

Aktyorun ailəsi dəfnə gələnlərdən gül əvəzinə Altsheymer Dərnəyinə ianə vermələrini istəyib.

Qeyd edək ki, Skalis kinoda debütünü 1995-ci ildə Al Paçinonun "İki bit" filmi ilə edib. O, daha sonra "The Wire", "The Sopranos", "Qanun və nizam" kimi layihələrdə çəkilib.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #