Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
19 dekabr 2023
# 10:40

Amerikalı aktyor Ceyms Makkaffri 66 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun ölüm səbəbi açıqlanmayıb.

Makkaffri 1958-ci ildə Nyu-Yorkun Albany şəhərində anadan olub. O, Meks Peyn video-oyun seriyasında FTB agenti Meks Peynin dublyajçısı kimi tanınır.

Bundan əlavə, Makkaffri “Məni xilas et” serialında Nyu-Yorklu yanğınsöndürən Cimmi Kif, “Qisas” serialında Rayan Hantli rolunu canlandırıb.

O, həmçinin “Son zəng”, “Şanxay 1937”, “Amerika əzəməti”, “Fəlakət”, “Gizlənqaç” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

# 428 dəfə oxunub

Müəllifin son yazıları

# # #