Məşhur aktyor və sehrbaz vəfat etdi

Məşhur aktyor və sehrbaz vəfat etdi
31 may 2023
# 15:00

Amerikalı aktyor, sehrbaz və Hollivudda məşhur Magic Castle gecə klubunun yaradıcılarından biri Milt Larsen 92 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Sənətçi Los-Ancelesdəki evində vəfat edib.

Milt Larsen məşhur Hollivud illüziyaçısı Uilyam Larsenin ailəsində anadan olub.

Kiçik Larsen televiziyada karyerasına ssenarist kimi başlayıb. 60-cı illərin əvvəllərində o, böyük qardaşı Uilyam və həyat yoldaşı İren ilə birlikdə Hollivud malikanələrindən birini peşəkar sehrbazlar üçün dünyaca məşhur gecə klubuna Magic Castle-a çevirib. Larson həmçinin "The Harts" serialındakı rolu ilə də tanınıb.

Milt Larsen, the co-founder of the Magic Castle in Hollywood, dies at 92

# 722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #