Məşhur aktyor qətlə yetirildi

Məşhur aktyor qətlə yetirildi
5 iyun 2026
# 10:15

"K-9: İt işi", "Cumanci" və "Top Gun: Maverick" filmlərindəki rolları ilə tanınan aktyor Ceyms Hendi Los-Ancelesdə hücuma məruz qalıb və vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Los Angeles Times" (LAT) qəzeti məlumat yayıb.

Hadisə iyunun 3-ü səhər saatlarında Tarzana ərazisində baş verib. Hüquq-mühafizə orqanlarına zəng edən bir kişi bir nəfəri öldürdüyünü bildirib.

Polislər evin həyətində 81 yaşlı Hendini bıçaq xəsarətləri ilə huşsuz vəziyyətdə tapıblar. Aktyor xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hücumda şübhəli bilinən 44 yaşlı Maykl Qledhill saxlanılıb. İstintaqın məlumatına görə, o, axtardıqları şəxsin özü olduğunu polislərə etiraf edib. Ona qarşı ittiham irəli sürülüb. Girov məbləği 2 milyon dollar müəyyən edilib.

Qəzetin qeyd etdiyinə görə, Qledhill aktyorla münasibətdə olan qadının oğludur.

Mərhum sənətçinin son işi "Top Gun: Maverick" döyüş filmindəki barmen Cimmi rolu olub.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər