Məşhur aktyor güllələndi

Məşhur aktyor güllələndi
3 iyun 2025
# 10:20

Amerikalı kino və dublyaj aktyoru Conatan Coss qonşusu ilə mübahisə zamanı güllələnərək vəfat edib.

Kulis.az xəbər verir ki, polis və hadisə şahidlərinin sözlərinə görə, Coss qonşusu ilə mübahisə edib. Mübahisə zamanı qonşu odlu silahdan istifadə edərək ona atəş açıb və avtomobillə hadisə yerindən uzaqlaşıb. Daha sonra şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, o, "Əbədi təmizlənmə", "Dördüncü növ qaçırma", "Möhtəşəm yeddilik" kimi filmlərdə oynayıb.

# 188 dəfə oxunub

Müəllifin son yazıları

# # #