Məşhur aktrisa "Time" jurnalının "Ən Nüfuzlu 100 Adamı"ı siyahısına başçılıq edir

Məşhur aktrisa "Time" jurnalının "Ən Nüfuzlu 100 Adamı"ı siyahısına başçılıq edir
15 aprel 2023
# 13:40

“Time” jurnalı 2023-cü ilin ən nüfuzlu 100 adamının illik siyahısını açıqlayıb. Siyahıya Hollivud aktrisası Cennifer Coolidge başçılıq edir.

Kulis.az xəbər verir ki, nəşrin saytında dərc olanan siyahıya görə, aktrisa 2023-cü ilin idol kateqoriyasında birinci olmaqdan əlavə, "Time100 Most Influential" jurnalının üz qabığına da düşüb. Coolidge, 30 illik karyerası ərzində daha çox keçən il "White Lotus" filmindəki Tanya rolunda çıxışına görə qazandığı çoxsaylı mükafatlardan sonra sensasiyaya çevrilib.

61 yaşlı sənətçinin özünü yenidən kəşf etmək istəyən qadınlar üçün ilham mənbəyi olduğu qeyd edilir. O, həmçinin "Two Broke Girls" və "American Pie" film seriyası kimi layihələr ilə tanınır.

Qeyd edək ki, "Time 100" siyahısı 1999-cu ildən dərc olunur. Buraya beş kateqoriya daxildir - "Pionerlər", "Titanlar", "İdollar", "Yenilikçilər", "Liderlər" və "Rəssamlar".

Дженнифер Кулидж попала в рейтинг самых влиятельных людей 2023 года по версии  Time. Новости :section-UKR.NET.

# 812 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #