Meraya Keridən 6 illik fasilədən sonra yeni albom

Meraya Keridən 6 illik fasilədən sonra yeni albom
22 iyul 2025
# 13:10

Amerikalı pop ulduz Meraya Keri özünün yeni albomunu təqdim edib.

Kulis.az xəbər verir ki, "Here for It All" adlı albom 26 sentyabr 2025-ci ildə dinləyicilərə təqdim olunacaq.

11 trekdən ibarət albomda Meraya Kerinin bu yaxınlarda yayımladığı “Type Dangerous”, “Sugar Sweet” adlı yeni sinqllar da yer alacaq.

Qeyd edək ki, Meraya Keri 1990-cı illərə damğa vuran “Always Be My Baby” və “Fantasy (Remix)” mahnıları ilə musiqi tarixində önəmli yer tutur.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

# # #