Məni susdursa zaman - Nəbi Xəzri

Məni susdursa zaman - Nəbi Xəzri
2 may 2024
# 16:30

Kulis.az Nəbi Xəzrinin "Sənin üçün" şeirini təqdim edir.

Qarlı bir zirvə olsan,
Ağ buludun olaram.
Dərin xəyala dalsan,
Mən sükutun olaram.

Çəmən olsan əgər sən,
Sərin yağış çılərəm.
Əgər dənizə dönsən
Sahilə çevrilərəm.

Qovmuşam dərdi, qəmi,
Xoşbəxtin ilki mənəm.
Səslənsən nəğmə kimi,
Sözlərin, bil ki, mənəm!

Məni susdursa zaman,
Səni özüm sanaram.
Səhər kimi oyansan,
Günəş kimi yanaram.

# 662 dəfə oxunub

Müəllifin son yazıları

# # #