Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi
10 sentyabr 2026
# 16:00

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, müayinələr zamanı Erbilin ürək damarlarından birində tıxanıqlıq olduğu müəyyənləşib.

Həkimlər müdaxilə edərək tıxanan damara stent yerləşdiriblər. Bir müddət xəstəxanada müalicə alan sənətçinin vəziyyətinin hazırda yaxşı olduğu bildirilib. Müalicəsi başa çatdıqdan sonra evə buraxılan Erbilin bir müddət istirahət edəcəyi qeyd olunub.

Qeyd edək ki, Erbil 2018-ci ildə də infarkt keçirib.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər