APA TV-nin “Söz arasında” proqramında qonaq olan meyxanaçı Mehman Əhmədli meyxananın bugünkü vəziyyəti və bu sənətə münasibət barədə danışıb.
Kulis.az-ın məlumatına görə, o bildirib ki, meyxana ifaçılarına böyük səhnələrin açılması yuxarı dairələrin marağında olmalıdır:
“Bu sahədə fəaliyyət göstərən sənətçilər üçün şərait yaradılmalıdır. Öndə gedən 10–15 meyxanaçının bir araya gələrək rəsmi müraciət etməlidir”.