Maskın sərvəti 600 milyard dolları keçdi

Maskın sərvəti 600 milyard dolları keçdi
18 dekabr 2025
# 10:06

Amerikalı milyarder İlon Mask sərvəti 600 milyard dollar həddini aşan ilk insan olub.

Kulis.az xəbər verir ki, buna səbəb “SpaceX” şirkətinin bazar dəyərinin 800 milyard dollara yüksəlməsidir.

Məhz bu artım Maskın şəxsi kapitalını rekord səviyyəyə çatdırıb. Məlumat “Forbes” nəşrinə açıqlama verən iki investor tərəfindən təsdiqlənib.

Hazırda planetin ən varlı insanı hesab edilən İlon Mask “SpaceX” şirkətinin 42 faiz səhmlərinə sahibdir. Yeni qiymətləndirmədən sonra onun sərvəti 168 milyard dollar artaraq təxminən 677 milyard dollara yüksəlib.

“Forbes” yazır ki, Mask trilyoner statusuna digər milyarderlərlə müqayisədə daha yaxın mövqedədir. Onun ən yaxın rəqibi olan “Google”un həmtəsisçisi Larri Peycin sərvəti 252 milyard dollar civarındadır və aralarındakı fərq 425 milyard dollar təşkil edir.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər