Mariya Antuanetin bilərzikləri hərraca çıxarıldı

Mariya Antuanetin bilərzikləri hərraca çıxarıldı
10 noyabr 2021
# 18:20

Mariya Antuanetin almaz bilərzikləri 8 milyon dollara satılıb.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, Çörək tapmırlarsa, tort yesinlər” ifadəsi ilə anılan Fransanın inqilabdan əvvəlki son kraliçası Mariya Antuanetin almaz bilərzikləri İsveçtdə təşkil olunan hərracda 8 milyon dollara satılıb. 100-dən çox qiymətli daşdan ibarət olan bilərziyin, təxminən 200 il boyunca kraliçanın ailəsi tərəfindən saxlanıldığı açıqlanıb.

Qeyd edək ki, alıcının kimliyi açıqlanmayıb.


# 1105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #