Mariah Carey “Milad” mahnısından sərvət qazanır

Mariah Carey “Milad” mahnısından sərvət qazanır
26 dekabr 2022
# 13:40

Mariah Carey-nin az qala Milad himni kimi olan 'All I Want For Christmas Is You' mahnısı hər il Milad dövründə ən çox dinlənilən mahnı olur.

Kulis.az xəbər verir ki, mahnı Keriyə bu günə qədər sərvət qazandırıb.

Belə ki, Mariah Carey-nin Milad himninə çevrilən 'All I Want For Christmas Is You' mahnısı hər il noyabrın 1-dən etibarən yenidən dinlənilməyə başlayır və Milad boyu təkrarlanır.

Mahnı 2022-ci ildə “Billboard Hot 100”də birinci yerə qayıdıb və 52 yaşlı müğənni bununla yeni rekord qırıb.

Mahnı təkcə “Spotify”də 1,3 milyarddan çox dinlənilib.

Ötən il isə ABŞ-də 1,7 milyon dəfə dinlənilib. Təkcə bu məlumatlara əsasən, Mariah Carey mahnıdan 1,36 milyon dollar qazanıb. Məbləğ müğənni və onun “Sony Music” musiqi şirkəti arasında bölünüb.

Mariah Carey Noel şarkısından servet kazandı - 3


# 718 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #