“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi
30 aprel 2026
# 16:38

Macarıstanın məşhur “Magyar Rhapsody Projekt” qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, qrup Balkan və Şərq motivləri, türk, qazax və macar musiqisindən ibarət rəngarəng repertuar təqdim edib.

Bir sıra musiqi mükafatlarının sahibi Barsoni Balintin rəhbərlik etdiyi qrup (Mate Vendl – zərb alətləri, Norbert Elek – piano və zurna, Laszlo Mathe – bas gitara və skripka, Attila Rieger – koboz və gitara) son 12 il ərzində iki albom, 18 musiqi klipi və çoxsaylı konsertlərlə şöhrət qazanıb.

Qrup həm xaricdə, həm də ölkədaxili böyük multikultural mədəni layihələrlə müntəzəm olaraq çıxış edir.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər