Məşhur türk müğənni Mabel Matizin həbsi tələb olunur.
Kulis.az xəbər verir ki, bu, ifaçının "Perperişan" mahnısının sözləri ilə əlaqədardır.
Mahnının sözlərində nalayiq ifadələr olması və yaş məhdudiyyəti olmadan paylaşıldığı üçün uşaqlara təhlükə yaratdığı iddia edilib. Bununla bağlı məhkəmədə prokurorun rəyi açıqlanıb. Sənəddə Mabelin 6 aydan 3 ilə qədər həbsi istənilib.
Məhkəmə aralıq qərarını elan edərək, iclası təxirə salıb və tərəflərə müdafiələrini hazırlamaq və təqdim olunan rəyə cavab olaraq açıqlamalar vermək üçün vaxt verib. Məhkəmənin qərarı növbəti iclasda elan ediləcək.