Kitab sərgisi

Mabel Matiz 3 il həbs cəzası ala bilər

Mabel Matiz 3 il  həbs cəzası ala  bilər
3 oktyabr 2025
# 17:32

Məşhur türk müğənni Mabel Matizin “Perperişan” mahnısı ilə bağlı aparılan araşdırma başa çatıb. İddialara görə, mahnının sözlərində nalayiq ifadələr yer alıb və yaş məhdudiyyəti olmadan paylaşılması uşaqlar üçün təhlükə yaradıb.

Kulis.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə sənətçi üçün 6 aydan 3 ilə qədər həbs cəzası tələb olunub.

Sənəddə qeyd olunur ki, mahnının mətnində dolayı yolla cinsi istəklərin təxribat xarakterli təsvirlərinə yer verilib, fiziki və zehni metaforalar vasitəsilə erotik məna yaradılıb. Sözlərin açıq şəkildə cinsi əlaqəni ifadə etdiyi və asanlıqla başa düşüldüyü vurğulanır.

Bundan əlavə, mahnının ifaçının razılığı ilə sosial şəbəkələrdə yaş məhdudiyyəti olmadan yayımlandığı, bunun isə həm ictimai asayiş, həm də uşaqların müdafiəsi baxımından təhlükə yaratdığı bildirilib.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər