Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı

Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə açıldı
23 iyul 2026
# 11:38

Luvr muzeyinin Apollon qalereyası soyğundan sonra ilk dəfə ziyarətçilərin üzünə açılıb.

Kulis.az-ın məlumatına görə, muzeyin direktoru Kristof Leribo bildirib ki, soyğun zamanı oğurlanmamış zinət əşyaları tezliklə pəncərəsiz seyf otağı kimi dizayn ediləcək başqa bir zalda nümayiş olunacaq.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında dörd nəfərlik qrup yük maşınından istifadə edərək Apollon qalereyasına zorla daxil olmuş və gündüz vaxtı muzeydəki taclardan səkkizini oğurlamışdı.

88 milyon avroluq Luvr soyğununda yeni detallar ortaya çıxıb

Xatırladaq ki, bu soyğun dünyanın ən çox ziyarət edilən muzeyindəki ciddi təhlükəsizlik boşluqlarını üzə çıxarmış və o dövrkü rəhbər Lorans de Karsın istefasına səbəb olmuşdu. Təxminən 88 milyon avro dəyərində qiymətləndirilən qənimət isə indiyədək tapılmayıb.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər