Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunda
30 aprel 2025
# 10:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

Kulis.az xəbər verir ki, TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi qurum tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib.

Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının daha da artırılmasının vacibliyini vurğulayıb.

TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.

Qeyd edək ki, yekunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.

# 123 dəfə oxunub

Müəllifin son yazıları

# # #