Lermontovun şeirlər toplusu hərraca çıxarılacaq

Lermontovun şeirlər toplusu hərraca çıxarılacaq
15 mart 2023
# 16:30

Rus şairi Mixail Lermontovun tam şeirlər toplusunun ölümündən sonrakı ilk nəşri hərraca çıxarılacaq.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, hərrac martın 18-də Sankt-Peterburqda baş tutacaq.

Şairin şeirlərinin ilk tam nəşri üçün indilik 280 min rubl təklif olunur.

Qeyd edək ki, növbəti dəfə Fyodor Dostoyevskinin 1844-cü ildə yazdığı "Bədbəxt insanlar" kitabının da hərraca təqdim olunacağı gözlənilir.

# 689 dəfə oxunub

Müəllifin son yazıları

# # #