Lennonun sevgi məktubu rekord qiymətə satılır

Lennonun sevgi məktubu rekord qiymətə satılır
10 iyul 2025
# 12:06

Əfsanəvi “Beatles” qrupunun üzvü Con Lennonun keçmiş həyat yoldaşı Sintiya Pouelə yazdığı sevgi məktubunun əlyazması “Christie's” Hərrac Evi tərəfindən hərraca çıxarılıb.

Kulis.az xəbər verir ki, əlyazmanın təxminən 40000 funt sterlinqə satılması gözlənilir.

Məktubda Lennon yaxın dostu Stüart Satkliffin ölümündən kədərləndiyini yazıb:

"Görəsən, qəzetlər Stunun ölmünü haradan öyrəniblər?”

Qeyd edək ki, cütlük məktub yazıldıqdan qısa müddət sonra evlənib.

# 185 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #