Lənkəranda kino günləri keçiriləcək

Lənkəranda kino günləri  keçiriləcək
29 oktyabr 2025
# 11:55

Noyabrın 3-dən 6-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə Lənkəran şəhərində "Kino günləri" keçiriləcək.

Kulis.az xəbər verir ki, dörd gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərini izləyə biləcəklər.

Layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətini daha geniş auditoriyaya çatdırmaq, həmçinin müzakirə mədəniyyətini formalaşdırmaqdır.

Qeyd edək ki, bundan öncə AKİ bir çox bölgələrimizdə kino nümayişlərini həyata keçirib.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər