Latın cazının əfsanəsi vəfat etdi

Latın cazının əfsanəsi vəfat etdi
7 avqust 2025
# 10:40

Latın cazının əfsanəsi Eddie Palmieri 88 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, "Grammy" mükafatlı məşhur pianoçu və bəstəkar Eddie Palmieri 88 yaşında Nyu Cersidəki evində dünyasını dəyişib.

Latın cazı və salsa musiqisinin öncül simalarından olan Palmierinin ölüm səbəbi açıqlanmayıb.

“La Perfecta” ansamblı və “Azucar Pa’ Ti” kimi klassik albomlarla tanınan sənətkar 10 "Grammy" mükafatı qazanıb.

O, latın musiqisinin inkişafına verdiyi töhfələrlə musiqi tarixində silinməz iz qoyub.

# 156 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər