"Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş olundu

"Laçının sürgündən dönən Sultanı"  sənədli filmi nümayiş olundu
28 avqust 2025
# 10:50

Laçın şəhərində keçirilən MDB Kino günləri çərçivəsində "Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, yerli istehsal olan sənədli film Böyük qayıdışın doğma yurd yerlərimizlə yanaşı, xalqımızın tarixi irsini də özünə qaytarmasından bəhs edir.

Filmdə xalq qəhrəmanı Sultan bəy Sultanovun bolşeviklər tərəfindən Qazaxıstana sürgün edilmiş ailə üzvlərinin azad Laçına qayıdışı, babalarının işğalçılar tərəfindən dağıdılmış evini ziyarət etməsi səhnələri təqdim edilib.

Oradan götürdükləri torpağı Türkiyənin Kars şəhərinin Köçköy kəndində Sultan bəyə məxsus olduğu deyilən məzara aparması barədə təsirli məqamlar yer alıb, nadir arxiv sənədləri əks etdirilib.

Qeyd edək ki, Filmin müəllifi jurnalist Almaz Mahmuddur.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər