"Kurtlar Vadisi"nin aktyoru xəstəxanaya yerləşdirildi

"Kurtlar Vadisi"nin aktyoru xəstəxanaya yerləşdirildi
5 iyun 2025
# 14:32

Məşhur aktyor Mehmet Uğur xəstəxanalıq olub.

Kulis.az xəbər verir ki, aktyor ürək və ayaq damarlarının tıxanması səbəbindən reanimasiyaya yerləşdirilib.

M.Uğurun qızı Çiçək Uğur atasının səhhəti ilə bağlı açıqlama verib:

"Atam angioplastika əməliyyatı edilib. Həkimlər damarları açmağa çalışır. Atamın ayaq barmaqları kəsiləcək. Qorxuruq ki, topuğa qədər kəsəcəklər. Bayramdan sonra əməliyyat olunacaq".

Qeyd edək ki, M.Uğur "Kurtlar Vadisi", "Kırmızı gül", "Yabancı damat", "Arka sokaklar" kimi seriallarda oynayıb.

# 242 dəfə oxunub

Müəllifin son yazıları

# # #