Kraliçanın cənazə mərasimini çəkən rejissorlara mükafat verildi

Kraliçanın cənazə mərasimini çəkən rejissorlara mükafat verildi
24 aprel 2023
# 10:30

Böyük Britaniya Kraliçası II Elizabetin (1926-2022) dəfn mərasiminin teleyayımına cavabdeh olan direktorlar komandası British Academy Television Craft Awards (BAFTA) mükafatını alıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, münsiflər heyəti daha bir mükafatla krallığın demək olar ki, 38 milyon sakininin canlı izlədiyi yas tədbirinin yayımının səs mühəndislərinin əməyini dəyərləndirib. Onun qlobal əhatə dairəsi 4 milyard insan olaraq qiymətləndirilir.

Qeyd edək ki, mükafatlar HBO tərəfindən "Game of Thrones" serialının davamı kimi çəkilən "House of the Dragon" serialında işləyən mütəxəssislərə verilib. Serial ən yaxşı makiyaj, səs və vizual effektlər nominasiyalarının qalibi olub.

Bundan əlavə, komediyaçı Adam Keyin yazdığı "This Is Going to Hurt" kitabı əsasında çəkilən eyniadlı BBC serialı ən yaxşı aktyor seçimi, montaj və ssenari nominasiyalarında mükafatlar qazanıb.

# 725 dəfə oxunub

Müəllifin son yazıları

# # #