Kulis.az Aygün Əzizin təcüməsində "Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər" yazısının ikinci hissəsini təqdim edir.
əvvəli burada: Yaxşı danışıqla borc ödəmək olar
AİLƏ, ÖVLAD, QOHUM-ƏQRƏBA, SEVGİ
- Yaxşı valideynlərin yaxşı uşaqları olur.
 - Yaxşı bacının əri də yaxşıdır.
 - İyirmi yaşa qədər dünyaya uşaq gətir, otuza qədər həyatını qur.
 - Hamı elə bilir ki, qonşunun məhsulu özününkündən daha yaxşıdır, hamı elə bilir ki, öz qızı hamınınkından daha gözəldir.
 - Hamıya öz uşağı daha yaxşı görünür, amma arvadı pis.
 - Axmaq adam arvadını, ağıllı isə uşaqlarını təriflər.
 - Kişinin üç bəlası var: su, od, deyingən arvad.
 - Araqdan bir gün, dar ayaqqabıdan bir ay, deyingən arvaddan bir ömür boyu əziyyət çəkərlər.
 - Ailə davası əksər hallarda it boğuşmasını xatırladır.
 -  Ərlə arvadın davası bıçaqla bölünmüş suya bənzər.
 -  Fikirlərin üst-üstə düşməsi ərlə arvadı yaxınlaşdırır.
 -  Kasıb evdə ər arvadın nazını daha çox çəkər.
 -  Qəmini əri ilə bölüşən arvad daha çox sevgiyə layiqdir.
 -  Uşaq gözləyən arvadına qarşı çox diqqətli ol.
 -  Ərlə arvad ayrılanda, əksər hallarda düşmənə çevrilirlər.
 -  Dava-dalaşdan sonra ərinə qayıdan arvad onun valideynlərinə daha yaxşı davranır.
 -  Bir gecəlik məhəbbət Çin səddi qurmağa qadirdir.
 -  Sevimli arvadının valideynlərinin evinə salam göndər.
 -  Nalayiq əri arvadının bacarığı da xilas etməz.
 -  Otaqda oğula elə gəlir ki, anası, mətbəxdə isə arvadı haqlıdır.
 -  Arvadını itirmisənsə, burada valideynlərini günahlandırma.
 -  Ərinin evində xoş deyilsə, qayıt öz valideynlərinin evinə.
 -  Qız övladı olmayan ev ocağı olmayan soba kimidir.
 -  Qız övladı çox olan evin qapıları həmişə açıq olur.
 -  Gəlini evə gətirməyə tələsməzlər.
 -  Quş öz yumurtasındakı poxu görməz.
 -  Hər oğulun öz öhdəliyi var.
 -  Böyük oğul kiçiyi kiçiyin onu sevdiyindən daha çox sevər.
 -  Məhsul olmayan il həm uşaqlar, həm də valideynlər son tikələrini bir-biri ilə bölüşür.
 -  Uşağı cəzalandıranda onu daha çox sevməyə başlayırsan.
 -  Ancaq özü övladlarını böyüdən valideynlərinin qədrini bilər.
 -  Valideynlər uşaqlarını uşaqlarının onları istədiyindən daha çox sevər.
 -  Əlilin oğlu valideynin qayğısına daha yaxşı qalar.
 -  Uşaqları yaxşı geyindirmək elə də asan iş deyil.
 -  Övladları tərəfindən unudulan valideynlər yarpaqsız ağac kimidirlər.
 -  Qız övladın uşağını beldə gəzdirirlər, oğul övladın balasını isə özü yeriməyə məcbur edirlər.
 -  Valideynləri ilə birlikdə yaşadığı müddət ərzində uşaqlarınızı uşaq sayın.
 -  Sevimli övladı da bəzən cəzalandırmaq lazım gəlir.
 -  Övladın ürəyini atasından daha yaxşı bilən olmaz.
 -  Uşağın da böyüdüyü vaxt gələcək.
 -  Həsrətlə gözlənilən övlad çox vaxt kor doğulur.
 -  Pələng də balalarını müdafiə edir.
 -  Kirpi balasının dərisini yumşaq bilir.
 -  Uşaq da doğru olanı söyləyər.
 -  Yaxşı soba pis anadan daha çox adamın canını qızdırır.
 -  Qayınata və qayınanaya həmişə elə gəlir ki, kürəkən ac qalır.
 - Ana on kürəkənində pis heç nə görmür, amma bircə gəlinində hər şeyin pis olduğunu düşünür.
 -  Sevdiyin adamın catışmazlıqlarını görmürsən.
 -  Qızının əri – arzuolunan qonaqdır.
 -  Qız valideynləri kürəkəni oğul bilirlər.
 -  Qızın anası kürəkəni, oğlanın anası gəlini sevər.
 -  Qohum pis gündə adamı üzü üstə qoymaz.
 -  Arvadın bütün qohumlarına eyni cür yanaşma.
 -  Təcrübəli ər arvadın qohumları ilə necə davranacağını yaxşı bilir.
 -  Qayınana həmişə vaxtsız gəlir.
 -  Oğlan anası heç yuxuda da gəlinin qohumlarını görmək istəmir.
 -  Ondan inciyənin dayı/əmi olduğunu biləndən sonra üzr istəyir.
 -  Dayı/əmi bacı/qardaşoğluna necə yanaşarsa, elə də münasibət ondan görər.
 -  Pis əmi/dayı yükü bacı/qardaşoğluna verər.
 -  Fərsiz gəlin xeyrat vaxtı xəstələnər.
 -  İkinci gəlini görəndə birincinin qədrini bilərsən.
 -  Adı çıxmış çətin ki, ərə gedə bilə.
 -  Kiçik qızına ər tapmaq ananın özünün yenidən ərə getməsindən daha çətindir.
 -  Qızı ilə yad toyuna hər ana getməz.
 -  Varlı adam uzaq qohumuna da görüm-baxım edir.
 -  Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
 -  Hər kənddə subay bir oğul var.
 -  Bacının evində yeznənin boşqabı gözə böyük görünər.
 -  Təsadüfi sevginin sonu ayrılıq olur.
 -  Gəlinin yaxşılığı qayınananın gözünə görünməz.
 -  Köhnə çarığın da öz tayı olur.
 -  Tənha durnanın cavabsız məhəbbəti kimidir.
 -  Balıq böyüdüyü suyu istər.
 -  Doğma yerlərin qarğası da adama xoş gəlir.
 -  Kişi neçə dəfə evlənirsə evlənsin, seçdiyi qadınlar bir-birinə bənzəyəcək.
 -  Tikməyi bacarmayan qadın saçını su ilə isladar.[1]
 -  Yelbeyin qadından yaxşı qayınana çıxır.
 - Yağış kəsdi, indi yaxınlarının qəbirlərini səhmana sal.
 
[1] Saçını daramaq daha rahatdır, amma bu isladır (yəni lazım olan, qəbul edilmiş qaydada iş görmür mənasında)