"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO

"KinoBox" onlayn yayım platformasının təqdimatı olub - FOTO
9 dekabr 2025
# 17:52

Bakı Konqres Mərkəzində "KinoBox" onlayn yayım platformasının rəsmi təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, "KinoBox" Azərbaycanın və region ölkələrinin film istehsalçılarını, rejissorlarını və tamaşaçılarını birləşdirən yeni nəsil rəqəmsal yayım platformasıdır.

"KinoBox" beynəlxalq filmlərin onlayn nümayişini, müstəqil kino üçün rəqəmsal paylama imkanını və mədəni müxtəlifliyin təşviqini hədəfləyir.

"KinoBox"un əsas hədəflərindən biri də yerli film ekosistemini rəqəmsal paylama sistemi, hüquqların qorunması və istifadəçi yönümlülük əsasında inkişaf etdirməkdir. Həmçinin platforma yeni gəlir modellərini və birbaşa yayımları həyata keçirməyi planlaşdırır.

# 142 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər