Keti Holms və Coşua Cekson illər sonra yenidən eyni layihədə

Keti Holms və Coşua Cekson illər sonra  yenidən eyni layihədə
22 iyul 2025
# 12:50

Aktrisa Keti Holms "Happy Hours" ("Xoşbəxt Saatlar") filmindən illər sonra "Dawson's Creek" ("Dauson axını") serialındakı rol yoldaşı Coşua Ceksonla yenidən bir araya gəlir.

Kulis.az xəbər verir ki, aktrisa filmin həm rejissoru, həm ssenari müəlifi olacaq və başrollardan birini canlandıracaq.

Meri-Luiz Parker, Konstans Vu, Co Tippett, Con MakQinti, Kiçik Donald Uebber, Natan Darrou, Conna Diaz-Vatson və Cek Martinin də yer aldığı filmin çəkilişləri bu yay Nyu Yorkda başlayacaq.

Qeyd edək ki, trilogiya olaraq təqdim olunacaq film karyera və ailə məsuliyyətlərinin çətinliyinə, həyatın qaçılmaz maneələrinə baxmayaraq sevgi axtarışında olan iki insanın münasibətlərindən bəhs edəcək.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

# # #