“Kəndimizə gedən yol” mobil film müsabiqəsinin qalibləri açıqlanacaq

“Kəndimizə gedən yol” mobil film müsabiqəsinin qalibləri açıqlanacaq
29 noyabr 2023
# 14:00

“Kəndimizə gedən yol” mobil film müsabiqəsinin qalibləri açıqlanacaq.

Kulis.az xəbər verir ki, sabah 15:00-da “Libraff”ın Elmlər filialında “Kəndimizə gedən yol” mobil film müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Müsabiqə Dövlət Turizm Agentliyi və “APA Media Group”un dəstəyi ilə keçirilib.

Tədbirin münsiflər heyəti Dövlət Turizm Agentliyinin nümayəndəsi Gülnar Mustafayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov, kinotənqidçi Sevda Sultanova və kinotənqidçi Aygün Aslandır.

Müsabiqənin qaliblərinə pul mükafatı, iştirakçılara isə təltifnamələrin verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Kəndimizə gedən yol” mobil film müsabiqəsinə bu ilin 28 mart tarixindən start verilib. Müsabiqəyə Azərbaycanın bütün bölgələrindən olan həvəskar filmsevərlərin mobil vasitələrlə ərsəyə gətirdiyi videolar göndərilib. Videolar 10 dəqiqədən az olaraq HD 1920-1080 formatında çəkilib. Müsabiqənin şərtlərinə görə, videonun sonunda müəllifin adı qeyd olunmalı və “Youtube” tərəfindən dəstəklənən musiqidən istifadə edilməlidir.

# 456 dəfə oxunub

Müəllifin son yazıları

# # #