Çexiyanın Karlovı Varı şəhərində keçirilən 59-cu Beynəlxalq Kino Festivalı yekunlaşıb.
Kulis.az xəbər verir ki, kino müsabiqəsinin əsas mükafat slovakiyalı rejissor Miro Remonun “Sıx meşədə dəli olmaq daha yaxşıdır” sənədli filminə verilib.
Münsiflər heyətinin xüsusi mükafatı iranlı rejissor Soheyl Beyraqinin “Bidad” filminə təqdim olunub.
Festivalda çexiyalı aktrisa Katerjina Falbrova “Xormeyster” filmindəki roluna görə yüksək qiymətləndirilib.
Gündəlik “Pravo” qəzetinin tamaşaçı rəğbəti mükafatına isə festivalın prezidenti İrji Bartoşka haqqında “Bunu çərçivəyə salmalıyıq!” sənədli filmi layiq görülüb.
Kino sənətinə misilsiz töhfəsinə görə mükafata isveçli aktyor, prodüser və ssenarist Stellan Skarsqarda təqdim edilib.
Qeyd edək ki, festivalın prezidenti mükafatına tanınmış montaj ustası İrji Brojek layiq görülüb.