Xalq yazıçısı Kamal Abdullanın "Gizli Dədə Qorqud" kitabı çap olunub.
Kulis.az xəbər verir ki, monoqrafiya əvvəlki nəşrlərin ümumiləşdirici variantı olmaqla yanaşı, bir sıra yeni fəsillər, bölmələr və əlavələrlə təkmilləşdirilib.
Qeyd edək ki, ilk dəfə 1991-ci ildə nəşr olunan əsər müvafiq olaraq 1994 və 2009-cu illərdə əlavələrlə yenidən çap olunub.